top of page

Yay-Məktəbinin Məqsədi

 

Azərbaycanda Bəhai ailələri, onların dostları və dostlarının uşaqları, yeniyetmələr və gənclər ildə iki dəfə görüşüb, ailə tərbiyəsi haqqında məsləhətləşirlər. Bu iki günlük proqram və tərbiyə dərslərinin mövzuları Bakı Bəhailərinin Ruhani Məhfili tərəfindən hazırlanır. Bəhai Yay məktəbi yaş, dil və din mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycanlı ailələrin üzünə açıqdır. Hətta subaylar da bu görüşlərdə iştirak edə bilərlər, o zaman ki, bir ailə öz ailə tərkibində onları özləri ilə Yay Məktəbinə gətirsin. Proqrama uşaqlar, gənclər və yeniyetmələr üçün ailə həyatının müxtəlif aspektərinə aid olan müxtəlif diskuslar (müzakirələr) daxildir və bu mövzular ilə siz saytın "Növbəti Proqramlar" səhifəsində tanış ola bilərsiniz. Proqrama  həm təbiətdə gəzinti və başqa ailəvi fəaliyyətlər, həm də axşam saatları üçün nəzərdə tutulan musiqi və mahnı ifası və incəsənət elementləri daxildir.  Bəhai Yay Məkəbində iştirakın əsas şərti Bəhai  əxlaq prinsiplərinə riayət etməkdir. Qaydaları pozan şəxslər Yay Məktəbindən bir saat öncə xəbərdarlıq edilməklə uzaqlaşdırılacaq və növbəti proqramlara dəvət olunmayacaqlar. 

FullSizeRender-1.jpg
IMG_6514_edited_edited.jpg

Ya Rəbb! Bu gənci işıq saçan eylə və Öz nemətini bu fəqir varlığın üzərinə yağdır. Ona həqiqi bilik əta eylə, hər dan yeri açılanda ona yeni güc bəxş eylə və onu Öz mühafizə çadırında qoru, ta ki, o, səhvlərdən azad olsun, özünü Sənin Əmrinə xidmətə həsr etsin, yolunu azmışlara yol göstərsin, biçarələri yönəltsin, əsirləri azad etsin, qafilləri oyatsın ki, hamı Sənin zikrin və tərifinlə xeyr-dua alsın.

Sən Qüdrətli və Qüvvətlisən.

bəhailər22_edited.jpg

Ya Rəbb! Bu seçilmiş bir fidandır ki, Sənin məhəbbət çəmənliyində Özün əkmisən və Rəbbanilik əlləri ilə bəsləmisən. Sən Öz vahidlik bağçandan axan əbədi həyat çeşməsindən onu suvarmısan və onun üzərinə Öz buludlarından nemət yağışları yağdırmısan. O indi Sənin İlahi Zühur Məşriqindən doğan lütflərinin kölgəsində böyüyüb, boy atıb. Sənin səxavət və kəramətinin ecazkar bəxşişləri sayəsində yarpaqlayıb, çiçək açıb, bar verib və Sənin inayətinin yelləri ilə əsməkdədir.

 
Sən Ey mehriban Rəbb! Bu nazənin uşaqlar Sənin qüdrət barmaqlarının əsərləri, əzəmətinin ecazkar nişanəsidirlər. Ey Allah! Bu uşaqları hifz eylə, onlara elm öyrənməkdə kərəminlə kömək eylə və bəşəriyyət aləminə xidmət etməkdə onlara yardım eylə. Ey Allah! Bu uşaqlar dürr dənəsidirlər, onları Öz inayət sədəfinin qoynunda bəslə. Sən Kəramətli, Ən Mehribansan.

Bəhai
Yay-Məktəbi

Bakı Bəhai İcmasının iki günlük yay məktəbi Sentiyabr 2015-ci ildə təsis olunmuşdur. Yay Məktəbi uşaqlar, yeniyetmələr, gənclər və ailələr üçün nəzərdə tutulub. Sizləri öz ailənizlə Yay Məktəbində iştirak etmək üçün dəvət edirik və öncədən xahiş edirik ki, Qeydiyyat bölməsinə daxil olub qeydiyyatdan keçəsiniz. Görüşənədək!!!
bottom of page